Sumqayıtda sakinlərlə görüşlər davam edir – FOTO

705

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vətəndaşlarla növbəti görüşü  şəhərin 21-ci məhəllə ərazisində keçirilib.

Görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

Görüşdə iştirak edən sakinlər Sumqayıtda görülən işlərdən razı olduqlarını bildirdilər, onların müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər