Keyfiyyətsiz ərzaq məhsulları məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən keçirilən növbəti monitorinqlər zamanı Bakıda – Xanım Mustafayeva, Zahid Məmmədov, Mirzə Quliyev, Ceyhun Əzizov, Qara Əliyevə, Nail Məmmədov, Elçin Məmiyev, Qismət Hüseynov, Ceyhun Ağasoy, İradə Muradova məxsus mağazalarda, “Matrix-M” MMC-yə məxsus ticarət obyektində saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb. Həmçinin Sumqayıt, Gəncə, Xaçmaz və Lənkəran şəhərlərində, Kürdəmir rayonunda da məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı müəyyən edilib.
Ümumilikdə, monitorinqlər zamanı 650 kq-dan çox saxlama müddəti ötmüş və ya normativ sənədlərin tələblərinə cavab verməyən ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.
Qeyd edək ki, qanun pozuntusuna yol vermiş şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.