Bu gün Sumqayıt şəhərində vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım alması üçün Milli Məclisin deputatı Tahir Mirkişili ilə Vəkillər Kollegiyası Sumqayıt Regional Vəkil Bürosunun müdiri Anar Qasımlı arasında memorandum imzalanmışdır.
Memoranduma əsasən 42 saylı Sumqayıt ikinci seçki dairəsinin ərazisində yaşayan aztəminatlı vətəndaşlara ödənişsiz hüquqi yardım göstərilməsi nəzərdə tutulur.
Əməkdaşlıq ölkədə aparılan məhkəmə-hüquq islahatlarına dəstək çərçivəsində həyata keçiriləcək.