Sumqayıtda Şəhər Günü qeyd edildi – FOTOLAR

3922

Sumqayıtın şəhər statusu almasının 74-cü ildönümü qeyd olunub. Sumqayıt şəhər “Kimyaçı” mədəniyyət sarayında keçirilən tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.

Əvvəlcə Ümummili lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Sumqayıtın inkişafından bəhs edən filmə baxılıb.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtın şəhər statusu almasının 74-cü ildönümü münasibəti ilə tədbir iştirakçılarını və şəhər sakinlərini təbrik edib. Sumqayıtın keçdiyi inkişaf yolundan danışıb.

Vurğulanıb ki, ötən əsrin 70-ci illəri və 80-ci illərinin birinci yarısı Sumqayıt üçün xüsusilə əlamətdar olub. Bu dövrdə Ulu Öndər Heydər Əliyevin təşəbbüskarlığı nəticəsində Sumqayıt özünün tərəqqi və dirçəliş dövrünü yaşayıb. 74 yaşlı Sumqayıt sözün həqiqi mənasında Ulu Öndərin arzuladığı bir şəhərə çevrilib. Özünə məxsus müasir şəhər nümunəsinə çevrilən Sumqayıt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində daha da inkişaf edib.

Qeyd olunub ki, bu gün dinamik inkişafla irəliləyən, günbəgün qüdrətlənən Azərbaycanın ən dilbər guşələrindən birinə çevrilmiş Sumqayıtın sakini olmaq qürurvericidir.

Bildirilib ki, rəşadətli Silahlı Qüvvələrimiz Müzəffər Ali Baş Komandanımızın müdrik siyasəti və qətiyyəti sayəsində uzun müddət davam edən münaqişənin cəmi 44 gün ərzində hərbi yolla sürətli və ədalətli həllinin mümkünlüyünü bütün dünyaya sübut etdi. 44 günlük Vətən müharibəsində, eləcə də cari ilin sentyabr ayının 19 və 20-si  tarixlərində bir günlük antiterror əməliyyatında  Azərbaycan əsgəri sözün əsl mənasında xalqımızın hərb və qürur tarixini yazdı.Bu böyük qələbə xalqımızın mətinliyinin, cəsarətinin və dövlətimizin qüdrətinin təntənəsi oldu. Şəhidlərimizin uğurunda canlarını fəda etdikləri üçrəngli Zəfər bayrağımız bugun ölkəmizin bütün ərazisində, o cümlədən Xocavənddə, Ağdərədə,Xocalıda, Xankəndində vüqarla dalğalanır.

Tədbirdə Sumqayıtın inkişafından bəhs edən film nümayiş olunub. Daha sonra respublikanın tanınmış incəsənət ustaları konsert proqramı ilə çıxış ediblər.

Tədbirdə göstərilən filmin tam versiyasını təqdim edirik:

Tədbirdən video reportajlar:

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər