2009-cu ildə Sumqayıtda şəhər üzrə ümumilikdə 3057 nəfər işaxtaran şəhər Məşğulluq Mərkəzi tərəfindən qeydiyyata alınıb. Bunlardan daimi işə düzələnlərin sayı 1499 nəfər təşkil edib. 654 nəfərə işsiz statusu verilərək təkrar müavinət nəzərə alınmaqla 655 nəfərə müavinət təyin olunub, 437 nəfər peşə kurslarına, 104 nəfər isə ictimai işlərə cəlb olunub.
Ötən il ərzində müvəqqəti iş üçün «Əmək Birjası»na 917 nəfər müraciət edib, 759 nəfər isə müvəqqəti işlərə göndərilib.
Işaxtaran vətəndaşların kütləvi fоrmada məşğulluq təminatlarını gücləndirmək məqsədilə 2009-cu ilin oktyabr ayında şəhərdə əmək yarmarkası keçirilib. Yarmarkada 20-dövlət, 27-qeyri dövlət, və 241 fiziki şəxs tərəfindən 2651 vakant iş yerləri təqdim edilib. Vakant iş yerlərinin 569-u dövlət, 1452-ü qeyri dövlət, 630-u fiziki şəxslər tərəfindən təqdim оlunub. Əmək yarmarkasının yekununa görə 597 nəfər işaxtaran vətəndaş münasib işlə təmin edilib.