Ağacəkmə aksiyasında Sumqayıt şəhər İcra Hakimiyyətinin, idarə və təşkilatların nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən aksiya çərçivəsində Bakı-Quba yolunun Sumqayıt şəhəri ərazisində 3500, məhəllədaxili ərazilərdə isə 1500 ağac olmaqla ümumilikdə 5 min ağac əkilib.
Şəhər ərazisində abadlıq işləri aparılaraq ağacların dibi yumşaldılıb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Sülh prospekti boyunca həmişəyaşıl ağac və qızılgül kolları əkilib.
Qeyd edək ki, 2018-ci ildə şəhər ərazisində 56851 ədəd ağac, 257000 ədəd dekorativ gül, 191000 ədəd mövsümü gül, 5359 ədəd dekorativ kol əkilib, sahələrə 55 ton münbit torpaq və gübrə verilib, yeni suvarılma xətləri çəkilib.