Sumqayıtda şəhid ailələri və qazilər diqqət mərkəzində saxlanılır - NÖVBƏTİ GÖRÜŞ KEÇİRİLDİ

822

Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.
Əlaqələndirmə Mərkəzinin şəhid ailələri və qazilərlə növbəti görüşü keçirilib. Görüşdə vurğulanıb ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, canlarından keçmiş qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində mütəmadi olaraq şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev görülmüş işlər və qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, prioritet məsələlərdən biri də şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların məşğulluğunun təmin edilməsidir. Bu məqsədlə artıq tədbirlər planı hazırlanıb və şəhərdə fəaliyyət göstərən işəgötürənlərlə görüşlər keçirilib, müzakirələr aparılıb. Bu istiqamətdə böyük işlər görülüb. Ötən il şəhər ərazisində şəhid ailəsi, qazilər və müharibə iştirakçısı olan ümumilikdə 1200 şəxsə maddi və ərzaq yardımı olunub. Eyni zamanda bu kateqoriyadan olan şəxslərin tibbi,  mənzil kommunal vəməişət problemlərinin həllinə kömək göstərilib. Fiziki məhdudiyyəti olan 34 qazi himayəyə götürülüb. 26 qazi isə peşə məktəblərində ixtisasartırmaya cəlb olunub.

Görüşdə bir sıra problemlər yerindəcə həll olunub. İş adamlarının biri tərəfindən şəhid övladı 18 yaşına çatana kimi himayəyə götürülüb. Bir neçə şəxsin məşğulluq məsələsi görüz zamanı öz həllini tapıb.
Sumqayıt şəhər Məşğulluq Mərkəzinin direktoru Elxan Bədəlov bildirib ki, ötən dövr ərzində ümumilikdə 406 şəhid ailəsi, qazi və ailə üzvləri, eləcə də müharibə iştirakçısı olmuş şəxslərlə görüşlr keçirilib. Onlardan 66 nəfər daimi işlə təmin olunub və 340 nəfər isə özünüməşğulluq proqramına cəlb olunub. Özünüməşğulluq proqramına cəlb olunan şəxslərdən 132-si artıq aktivlərlə təmin olunub və kiçik ailə biznesinə başlayıblar. Qısa müddət ərzində digər ailələr də aktivlərlə təmin olunacaqlar.
Görüşdə mövcud problemlərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər