Sumqayıtda şəhid ailələri ziyarət edilib FOTO

1287

 

Azərbaycan Respublikası Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin təşəbbüsü əsasında, “Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin Diyanet İşleri Başkanlığı, Türkiyə Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin köməkliyi ilə Sumqayıt şəhər 42-ci dairəsi ərazisində şəhid ailələrinə dəstək aksiyası həyata keçirilir.

Şəhid ailələri ilə görüşlərə qatılmış nümayəndə heyəti Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədovla bir araya gəlmiş, layihənin məqsədi, məramı barədə fikir mübadiləsi aparmışlar. Daha sonar qonaqlar şəhid ailələrini ziyarət ediblər.

“Tək Millət, Tək Ürək” platforması Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü vəTürkiyə-Azərbaycan İş Adamları və Sanayicilər Birliği (TÜİB) Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə və əsasında yaradılmışdır.Millət vəkili Tahir Mirkişili bu layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, millət vəkili Ramin Həsənə eyni zamanda yardımların şəhid ailələrinə çatdırılmasına dəstək olan Sumqayıt şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcova təşəkkürünü bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər