Sumqayıtda şəhid övladları üçün tədbir təşkil olunub – FOTOLAR

1022

Dekabrın 16-sı Sumqayıt Dövlət Dram Teatrında Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Sumqayıt Dövlət Dram Teatrının birgə təşkilatçılığı ilə 44 günlük Zəfərə həsr olunan “Missiya” adlı tamaşa nümayiş edilib.
Tədbiri giriş sözü ilə açan Sumqayıt Şəhər İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədov Ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan, İkinci Qarabağ müharibəsindəki müzəffər ordumuzun göstərdiyi rəşadətdən geniş söhbət açıb.
Sonra Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək bildirib ki, şəhidlərimiz bizim üçün nə qədər əzizdirsə, onların bizə yadigar qoyduğu övladlarıda o qədər dəyərli və doğmadır. Qəhrəmanlarımızın bu əmanətlərinə daim sahib çıxmaq hər bir Azərbaycan nümayəndəsinin vətəndaşlıq borcudur.
Daha sonra çıxış edən Sumqayıt Dövlət Dram Teatrının Baş Rejissoru, xalq artisti Firudin Məhərrəmov nümayiş olunan “Missiya” tamaşası haqqında, onun Birinci və İkinci Qarabağ savaşından qaynaqlanan hadisələrdən bəhs etdiyini diqqətə çatdırıb.
Tədbirdə şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, ictimaiyyət nümayəndələri və ziyalılar iştirak ediblər. Tamaşadan sonra sumqayıtlı Vətən müharibəsi şəhidlərinin övladlarının hər birinə Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, IWC-Beynəlxalq Qadın Klubunun dəstəyi ilə hazırlanmış yeni il hədiyyələri və dəbli geyimlər təqdim olunub.
Şəhid ailələri bu nəcib xeyriyyə aksiyanın keçirilməsini məmnunluq hissi ilə qarşılayıb, onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər