21 dekabr 2021-ci il tarixində Heydər Əliyev Mərkəzində Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü Gənclər və İdman Baş idarəsinin təşkilatçılığı ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində şəhid və qazi övladları üçün şənlik təşkil olunmuşdur. Öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Baş İdarənin rəisi Elgün Hümbətov çıxış edərək 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açmış, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığını və onların problemlərinin həlli istiqmətində mühüm addımlar atıldığını bildirmiş, tədbirin keçirilməsində məqsədin yeni il şənliyini uşaqlar üçün unudulmaz və yaddaqalan günlərdən birinə çevirmək olduğunu qeyd etmişdir.
Çıxışdan sonra şəhid və qazi övladlarından ibarət “Əmanət” xor kollektivi öz mahnılarını ifa etmişlər. Qeyd edək ki, xor kollektivinin layihə rəhbəri Ayişə Səfərli və bədii rəhbəri İradə Aslanovadır.
Daha sonra Şaxta baba və Qar qız uşaqlara Yeni il arzularını çatdırmış, balacalara bayram hədiyyələri paylamış və onlarla birgə rəqs edərək şənliyə əlavə rəng qatmışlar.