Sumqayıtda sələmə pul verən qadını qətlə yetirməkdə təqsirləndirilən Rövşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
sumqayitxeber.com teleqraf.com-a istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası yanvarın 24-nə təyin edilib.
İttihama görə, ötən il sentyabrın 13-də Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində 66 yaşlı Minayə Həsənlinin üzərində zorakılıq əlamətləri olan meyiti yaşadığı evdə tapılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini, əvvəllər məhkum olunmuş Rövşən Məmmədov saxlanılıb.
Məlum olub ki, öldürülən qadının Sumqayıtda sələmçiliklə məşğul olub.
Rövşən Məmmədov hadisəni tamah məqsədilə törətdiyi üzə çıxıb. O, qadına 10 bıçaq zərbəsi vurub və sonra evdən pul və qızıl götürüb.