Sumqayıtda “Sən həmişə mənimləsən” əsəri əsasında yeni tamaşa…

1154

Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram teatrının yaradıcı kollektivi xalq yazıçısı İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” əsəri əsasında yeni tamaşa təqdim edib.

Tamaşanın quruluşçu rejissoru xalq artisti Mərahim Fərzəlibəyov, səhnə tərtibatçısı əməkdar rəssam Mübariz Gəncəlidir.
Tamaşanı izləmək üçün Sumqayıt şəhər İcra hakimiyyətinin nümayəndələri, elm və incəsənət xadimləri, xalq artistləri də iştirak edib.

Teatrın direktoru Mehman Şükürov bildirib ki, sözügedən tamaşa üçün Bakıdan aktyorlar dəvət olunub: “Son dövrlər teatrlarda rejissorlar, rəssamlar, sənət adamlarının yerdəyişmələri olur. Bizim aktyor və rejissorlarımız digər rayonlarda olduğu üçün biz də tamaşa üçün Bakıdan aktyorlar dəvət etmişik”.

Teatr rəhbəri bildirib ki, tamaşa Sumqayıt Dövlət Musiqili Dram Teatrı tərəfindən iki qrupla təqdim ediləcək. Tamaşanın birinci qrupunda Həsənzadə obrazını xalq artisti İlham Əsgərov, Nargilə obrazını Sədaqət Nuriyeva canlandırıblar. Aprelin 6-da təqdim ediləcək ikinci qrupda isə həmin obrazları Rauf Ağakişiyev və Vəfa Həsənova oynayacaqlar. Tamaşada, həmçinin, əməkdar artistlər Fəranə Musayeva, Ulduzə Nəsir və başqaları da rol alıblar.

Mehman Şükürov bildirib ki, indiyədək rəhbərlik etdiyi teatr tərəfindən 200 dən çox tamaşa hazırlanıb. “Sən həmişə mənimləsən” tamaşası isə teatrda ilk dəfədir ki, nümayiş olunur. Teatr rəhbəri sözügedən əsərin may ayında Bakıda oynanılacağını bildirib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər