“Gənclər Fondu”nun maliyyələşdirdiyi “Sən Tək deyilsən” layəsi çərçivəsində 23 sentyabr tarixində Sumqayıt şəhərində sərgi keçiriləcək.
Layihənin rəhbəri Ayaz Abışov “sumqayitxeber.com” saytına açıqlamasında bildirib ki, layihə çərçivəsində də əsas prioritet məsələ qayğıya ehtiyacı olan uşaq və gənclərin istedadlarını üzə çıxarmaq, bu sahədə araşdırmalar aparmaqdır. Onların istedadlarının üzə çıxarılmasında və bu bilik və bacarıqların istifadəsinə istiqamət vermək və şərait yaratmaqdır. Layihə çərçivəsində 100-ə yaxın gənc arasında müsahibələr keçirilib və sərgiyə hazırlıq aparılıb.
Ayaz Abışov açıqlamasında onu da bildirib ki, bu layihənin əsas məqsədi qayğıya ehtiyacı olan uşaq və gənclərin bacarıqlarının müəyyən olunması,xXüsusi istedadların üzə çıxarılması, bu bacarıqların inkişafına motivasiya verilməsi və bu bilik və bacarıqların inkişafını təmin etmək üçün dayanaqlılığı qorunmasıdır.
Sumqayıtda “Sən Tək deyilsən” layihəsi həyata keçiriləcək
•
583