Eldar Əzizov Sumqayıt şəhərinə icra başçısı təyin olunduqdan sonar şəhərin mərkəzi küçələrin ətrafındakı qanunsuz sayılan ticarət obyektlərinin söküləcəyini qeyd etmişdi. Bu günlərdə, şəhərin mərkəzi küçələrində, xüsusilə də Heydər Əliyev prospeki, Nərimanov, Koroğlu prospekti, Sülh küçəsindəki ticarət obyektləri və köşklərinin sökülməsinə başlanıldı. Sumqayıt şəhər İcra Hakimiyyətindən mətbuata bildirilib ki, yalnız qanunsuz ticarət obyektləri sökülür.
Lakin dünən Sumqayıt şəhər sakini Ramil Abuşov redaksiyamıza zəng vuraraq xəbər verdi ki, Sumqayıt şəhər 6-cı məhəllə, Nizami küçəsi 19 A ünvanında yerləşən bütün sənədləri qaydasında olan obyekti sökürlər.
Əməkdaşımız hadisə yerində olub və məlum olub ki, özəl obyekt 29.04.2010-cu il tarixindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz əmlakın Dövlət Reysteri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın reysterindən Seriya MA № 0067392 ilə qeydiyyatdan keçmişdir.
R.Abuşov bildirib ki, indiyə qədər obyektə qarşı yerli icra strukturlarından heç bir bildiriş və ya yoxlama olmayıb. Eldar Əzizov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra Sumqayıtda xeyli sayda qanuni ticarət obyektləri dağıdılmışdır. 11.04.2011-ci il tarixdə mənə Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsindən obyekltin fasadının dəyişdirilməsi barədə bildiriş gəlmişdir.
12.04.2011-ci il tarixdə bu idarəyə getmək istədiyimiz halda 50-yə yaxın polis özləri ilə gətirdikləri ekskavatorla heç bir sənəd təqdim etmədən mülkiyyətimdə olan obyekti dağıtmaq istədiklərini bildirdilər. Mən bunun qanunsuz olduğunu, obyektin bütün sənədlərinin qanuni olduğunu bildirsəm də, onlar bildirdilər ki, bizə obyektin dağılması göstərişinin Sumqayıt şəhər icra hakimiyyətindən göstəriş verilib. Bundan sonra obyekti ekskvator vasitəsi ilə zorakılıqla dağıtdılar”
Əməkdaşımızın hadisə yerindən çəkdiyi şəkilləri diqqətinizə çatdırırıq.
Gencede etdiyi bambiliqlari burda da edir))
Eldar Əzizov “çox sağ olsun”,26-ci məhəllədə bir lal çəkməçinin qanuni təmir olbyekti sökdürdü.Həmin zəhmətkeş adam başını aşağı salıb 6 nəfərlik ailəsi üşün çörək pulu qazanırdı.Belə iqtidara ,belə icra hakiminə dərin “təşəkkür” düşür ki,bir ailəni də çətin maddi duruma saldı.ONUN AULƏSİNİ NECƏ DOLANDIRMASI İSƏ təbii ki dükanı sökdürənlər üçün maraqlı deyil.