Sumqayıtda ölüm hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə 30 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunda qeydə alınıb. Belə ki, avtobusda olan sərnişin, 1948-ci il təvəllüdlü Quliyev Eldar İbrahim oğlunun səhhəti qəfildən pisləşib və dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.