Sumqayıtda sərxoş qadının qanın tökdülər

649

Bu gün Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Şəhər Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, saat 07:30 radələrində 2-ci mikrorayon ərazisində, “Nurlan” şadlıq evinin qarşısında 1978-ci il təvəllüdlü Dövlətova Tahirə Hidayət qızı bıçaqlanıb. Qadın aldığı 2 bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Araşdırmalar nəticəsində məlum olub ki, hadisəni T.Dövlətovanın tanışı Rəsulov Ülvi Əlihüseyn oğlu törədib. O da məlum olub ki, hadisə vaxtı hər iki şəxs sərxoş vəziyyətdə olub. Belə ki, onlar gecə xeyli miqdarda spirtli içki qəbul ediblər.
Hazırda fakt üzrə araşdırmalar davam etdirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər