Sumqayıtda sevgili olmaq…

2564

Bu günün mövzusu “14 Fevral Sevgililər Günü” dür. Ölkəmizdə bu məsələyə münasibət birmənalı deyil.  Bəzi insanlar 14 fevralı sevgililər günü kimi qəbul edir, hazırlaşır, bəziləri də bu günü qeyd edən insanları qınaq obyektinə çevirir.

Bu yazıda 14 fevralın “Sevgililər Günü” kimi qeyd olunmasının doğru, ya da yalnış olmasına yox, başqa məsələyə toxunacam. Ölkənin 3-cü böyük şəhəri olan Sumqayıtda sevgili olmaq məsələsinə…

Gənclər şəhəri sayılan Sumqayıtda nə az, nə çox, yüz minə yaxın gənc yaşayır. Bu heç də az rəqəm deyil. Kifayət qədər böyük bir gənclər ordusu var şəhərimizdə. Amma təəssüf ki, gənclər şəhərində gənclərə aid məkanların sayı yox dərəcəsindədir.

Bu şəhərdə gənclərin sevgilisi ola bilər, amma sevgililərin gedə biləcəyi, mədəni istirahət edə biləcəyi bir məkan yoxdur. Bu şəhərdə sevgili olmaq heç də asan məsələ deyil.

Bir-birini sevən iki gəncin gedə biləcəyi tək-tük, barmaqla sayıla biləcək sayda restoran var. Yəni, bu şəhərdə sevgililər ən yaxşı halda restorana gedə bilər, Birgə kino, əyləncə və digər mədəni istirahət etmək istəyənlər gərək Paytaxta üz tuta…

Adətən evdə kiçik uşağa daha az oyuncaq və paltar alırlar, çünki kiçik uşağa daha çox böyük uşağın oyuncaqlarını və paltarını verirlər… Sumqayıt şəhəri də sanki Bakının kiçik qardaşıdır, burda yaşayan gənclər mədəni istirahət etmək üçün ancaq və ancaq Bakıya üz tutmalıdırlar.

Əgər bu şəhərdə gəncləri düşünən, onlar üçün şərait və mədəni mühit yaradan insanlar yoxdursa və gənclər gününün əksər hissəsini paytaxtda keçirirsə, o zaman bu şəhərin nəyi gənclər şəhəridir?

Dostlar, deyəsən bu şəhərdə gəncləri düşünən olmaycaq, ümid gənclərin özünədir, özünüz üçün bir mədəni mühit formalaşdırmaq lazımdır, əks halda gəncliyiniz heç olacaq…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər