Sumqayıtda sevgilisini öldürən şəxsin məhkəməsi başlayıb

1370

Bakı Ağır Cinayətlər Məhkəməsində qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadını öldürməkdə ittiham olunan Seymur Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə bu il mayın 3-də Sumqayıtda Nərimanov küçəsi, “Mərkəzi bazar” ərazisində qeydə alınıb.

Eynək satılan dükanların birində Abdullayev Seymur Zərablı oğlu şəxsi münasibətlər zəminində qeyri-rəsmi yaşadığı Əmənova Gülnar Şaməddin qızına bıçaqla çoxsaylı zərbələr endirib.

Xəstəxanaya çatdırılan qadın 11 gün komada qaldıqdan sonra dünyasını dəyişib.

Seymur Abdullayevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər