Sumqayıtda silsilə oğurluqlar edən iki nəfər tutuldu

751

Sumqayıtda silsilə oğurluq edən keçmiş məhkumlar saxlanılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, H.Z.Tağıyev qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Bəhlul Cəbiyev və Elxan Quliyev Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Onlar ötən ilin dekabr ayından cari ilin fevral ayınadək olan müddətdə şəhər ərazisində ümumilikdə 7 həyətyanı sahədən, 3 avtomobildən pul, ev quşu və məişət əşyaları, qaz sayğacı, təmir-tikinti alətləri, maqnitofon və akkumulyator oğurlamaqda şübhəli bilinir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər