Sumqayıtda silsilə oğurluqlar törədən cinayətkar dəstə tutuldu – ADLAR

1874

Sumqayıt şəhərində silsilə oğurluqlar törədən mütəşəkkil dəstənin yeni cinayətləri üzə çıxıb.
Publika.az xəbər verir ki, şəhər ərazisində 7 evdən pul, su mühərriki, 40 metr elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlamaqda şübhəli bilinərək həbs edilən Şirvan Xəlilovun, Rizvan Xəlilovun, Əli Əlizadənin və Akif Əlizadənin ətraflarında istintaq araşdırmaları aparılıb.
Onların ötən il yanvarın 6-dan cari il yanvarın 14-dək olan müddətdə şəhər ərazisindəki 5 bağ evindən məişət əşyaları və təmir-tikinti alətləri oğurlamaları müəyyən edilib.
Qeyd edək ki, mütəşəkkil dəstənin üzvləri Sumqayıt şəhər Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşları tərəfindən həbs edilib.
Faktla bağlı cinayət işi başlanıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər