Sumqayıt Dövlət Dram Teatrının aktyoru Yalçın Səlimov səhhətində yaranmış problemlərlə əlaqədar 1 nömrəli şəhər xəstəxanasına yerləşdirilib.
ONA-nın yerli bürosunun məlumatına görə, Y. Səlimovun qara ciyərində ciddi pozuntular aşkarlanıb və o təcili surətdə xəstəxanaya aparılıb.
Onun vəziyyətinin qənaətbəxş olmadığı bildirilir. Məlumata görə, aktyorun qarın boşluğuna 10 litr su yığılıb.
Aktyora qaraciyər sirrozu diaqnozu qoyulub.
Yalçın Səlimov 1973-cü ildə anadan olub, 1996-cı ildən Sumqayıt teatrının aktyorudur.