sumqayitxeber.com saytı Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, dərhal FHN-nin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hüquq mühafizə orqanlarının əməkdaşları ilə birlikdə aşkarlanmış əşyaya baxış keçirib.
Müəyyən olunub ki, bu, 1 ədəd istifadəyə yararsız olan tank mərmisidir. Sursat müvafiq qaydada aidiyyəti üzrə təhvil verilib. Əraziyə əlavə baxış zamanı digər şübhəli əşya aşkar edilməyib.