
Şəhərin əlaqədar qurumlarının, ölkəmizin aparıcı teatrlarının, həmçinin Sumqayıt Dövlət Musiqili Dram Teatrından mədəniyyət xadimlərinin qatıldığı tədbirdə, Azərbaycanda peşəkar teatrın yaranmasının 139 illik, Sumqayıt Dövlət Musiqili Dram Teatrının isə 44 illik tarixinə nəzər salınıb, tamaşalardan fraqmentlər nümayiş olunub.
Həmçinin görkəmli teatr xadimlərinin ömür yolundan bəhs edən video materiallar təqdim edilib, eyni zamanda Azərbaycan teatr səhnəsinin gözəl teatr tamaşaları ilə teatr tariximizi zənginləşdirdiyindən söhbət açılıb. Sonda tədbir bayram konserti ilə davam etdirilib.