“Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi və Gənclər və İdman Nazirliyinin təşkilati dəstəyi ilə “Respublika debat forumu – Payız 2011” çərçivəsində “SAĞLAM DÜŞÜNCƏ” Gənclər Təşkilatı IV Sumqayıt Tələbələrarası Açıq Debat Natiqlik Turnirinə yekun vurdu. Noyabrın 26 və 27-də baş tutan turnir “DNS computers”in dəstəyi ilə həyata keçirildi. Turnirə Bakı və Sumqayıtın 8 ali təhsil müəssisəsindən 104 debatçı və 26 komanda qatılmışdı. Gərgin keçən ilk gündən sonra ən güclü 8 komanda müəyyənləşdi və final mərhələsinə vəsiqə qazandə. İlk 8-liyə ADİU, DİA, ADNA və AzMİU debat klublarını təmsil edən komandalar çıxmışdır. Finalda isə Azərbaycan Dövlət Neft Akademiyasının “Aldofenilhirazon” komandası ilə Azərbaycan Dövlət İqtisad Universitetinin “Venni Vedi Viçi” komandası qarşılaşdı. Çox maraqlı keçən final qarşılaşmasını 9 hakim idarə edirdi. Nəticədə hakimlərin yekun qərarı ilə Azərbaycan Dövlət Neft Akademiyasının “Aldofenilhirazon” komandası qalib olaraq IV Sumqayıt Tələbələrarası Açıq Debat Natiqlik Turnirinin kubok və xatirə medallarını qazandı. Qeyd edək ki, 2008-ci ildə keçirilən II Sumqayıt Tələbələrarası Açıq Debat Natiqlik Turnirinin də qalibi ADNA-nın “Xalqlar Dostluğu” komandası olmuşdu.
Ümumilikdə 46 debat raundundan sonra turnirin ən yaxşı natiqi adını ADİU Debat Klubundan Orxan Müzəffərli qazandı. Digər 2 yeri ADNA-dan Röya Məlikzadə və ADİU-dan Billur Həmidzadə tutdu. ADİU-dan 5, DİA-dan 2, AzMİU-dan 2, ADNA-dan 1 spiker ilk 10-luğa düşməyi bacarmışdır. Tofiq Sadıxov
Sumqayıtda tələbələrarası debat natiqlik turnirinə yekun vuruldu
•
1048