Sumqayıtda təlim keçirildi

698

Azərbaycan Hüquqşünasları Konfederasiyası (AHK) təlimlər keçirib. AHK-nın mətbuat katibi Pərvin Abbasovun APA-ya verdiyi məlumata görə, konfederasiyanın təşkilatçılığı, Məhkəmə-Hüquq Şurasının və Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) dəstəyi ilə “İnzibati İqtisadi Məhkəmələrin Fəaliyyəti: beynəlxalq və milli təcrübə” mövzusunda seminarlar keçirilib. Məhkəmə-Hüquq Şurasının inzibati binasında keçirilən tədbiri giriş sözü ilə AHK İdarə Heyətinin və Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli açıb. O, təlimin əhəmiyyətindən danışaraq Məhkəmə-Hüquq Şurasının sonuncu iclasında qeyd olunan məsələləri bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Daha sonra Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədri Müseyib Hüseynov çıxış edərək tədbirin zəruriliyini vurğulayıblar. AHK İdarə Heyətinin üzvü, Konsitutsiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev “Konstitusiya nəzarətinin ədalət mühakiməsinin effektivliyinin artırılmasında rolu” mövzusunda məruzə ilə çıxış edib. Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdir müavini Səyyad Kərimovun məruzəsi isə “Yeni inzibati qanunvericiliyinin nəzəri məsələləri” mövzusunda olub.

Növbəti təlim isə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında keçirilib.

Məhkəmə-Hüquq Şurasının, Amerika Hüquqşünaslar Assosiasiyasının (ABA CEELİ) və Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri Assosiasiyasının dəstəyi ilə keçirilən təlimin mövzusu “Azərbaycan Respublikasının Apellyasiya məhkəmələrinin AİHM president qərarlarından istifadə praktikası” olub.

Təlimdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi, Qobustan, Qusar, Quba, Xaçmaz, Şabran, Zəngilan, Şuşa və digər rayonların məhkəmələrinin hakimləri və nümayəndələri iştirak edib.

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər