Sumqayıtda tibbi aksiya zamanı 120-dən çox vətəndaş oftalmoloji müayinədən keçib

298

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki Sumqayıt Tibb Mərkəzi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tibbi aksiya keçirib.
Aksiya Mərkəzin 2 nömrəli Şəhər Xəstəxanasının göz şöbəsində təşkil olunub. Belə ki, gün ərzində 120-dən çox şəhər sakini oftalmoloji müayinələrdən keçib. Aparılan müayinələrdən sonra gözlərində problem müşahidə olunan şəxslərə qoyulan diaqnoza uyğun müvafiq tibbi təyinat yazılıb.
Bu cür aksiyalar il ərzində mütəmadi olaraq keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər