Sumqayıtda törədilən qətllə bağlı rəsmi açıqlama verildi

758

Baş Prokurorluq Sumqayıt şəhərində törədilən qətl hadisəsi ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətindən Milli.Az xəbər portalına verilən məlumata görə, sentyabrın 2-də saat 23:10-da Sumqayıt şəhər sakini, 1985-ci il təvəllüdlü Seyidov Asif Əlislam oğlunun qəsdən öldürülməsi ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsindən daxil olmuş məlumat əsasında şəhər prokurorluğunun əməkdaşları tərəfindən hadisə yeri və meyitə məhkəmə-tibbi ekspertin iştirakı ilə foto və videoçəkilişlər aparılmaqla baxış keçirilib.
Meyitin döş qəfəsinin ön səthində kəsici-deşici alətlə yetirilməyə xarakterik olan bir ədəd xəsarət aşkar edilib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

İlkin araşdırmalarla müəyyən edilib ki, sentyabrın 1-də saat 10:00 radələrində A.Seyidov qonşusu – 1987-ci il təvəllüdlü Novruzov Pərvin Vəli oğlu tərəfindən aralarında məişət zəminində yaranmış münaqişə ilə əlaqədar yaşadıqları evin həyətində bıçaqla döş qəfəsinə bir dəfə vurulmaqla qətlə yetirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və iş üzrə müvafiq ekspertizalar təyin olunub. Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində P.Novruzov sentyabrın 2-də saat 04:30 radələrində cinayətin törədilməsində şübhəli şəxs qismində tutularaq istintaqa təqdim edilib.
Hazırda iş üzrə istintaq şəhər prokurorluğunda davam etdirilir.

Milli.Az

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər