Sumqayıtda tualet axtaranlar…

1326

Adətən deyirlər ki, turistlər öncə hava limanına sonra isə tualetlərə  göz gəzdirərərk ölkə haqqında təsəvvür formalaşdırır. Razıyam…

Vay o günə ki, Sumqayıta turist gələ. Ona görə yox ki, şəhərimizdəki tualetlər pis vəziyyətdədir… Ona görə ki, şəhərdə tualet demək olar ki yoxdur…

Az qala yarım milyona yaxın əhalisi, ölkənin ən iri şəhəri olan Sumqayıtda tualet məsələsi çox böyük problem olaraq qalır.

Bəlkə də şəhər sakinləri bu problemlə çox rastlaşmırlar, ancaq şəhərimizin qonağı olmuş istənilən bir şəxs bu problemi qabardır və bizlərə irad tutur.

Adətən tualet problemi deyəndə Hindistan ağlımıza gəlir. Hindistandakı tualet problemi ilə Birləşmiş Millətlər Təşkilatı da məşğul olur. BMT 2025-ci ilə kimi vəziyyəti yaxşılaşdırmaq üçün planlar hazırlayır. Dünyanın 50 ölkəsindən gələn nümayəndələr Dehlidə mümkün əlverişli  həll yollarını və bütün dünyada ictimai tualetlərin istifadəsi üçün tətbiq oluna biləcək texnologiyaları müzakirə edirlər…

Sumqayıtdakı tualet problemini həll etmək üçün nə BMT-ə ehtiyac var, nə də digər qurumlara…

Sadəcə olaraq şəhər bələdiyyəsi, icra hakimiyyəti bu problemi aradan qaldırmaq üçün düşünməlidir. Çox düşünməyə də ehtiyac yoxdur. Əgər düşünməyə vaxtları yoxdursa, biz düşünərik onların əvəzinə…

Şəhərdə insanların gur olduğu yerlərdə, parklarda, küçələrdə tualetlərin açılması heç də çətin məsələ deyil.

Şəhər sakinləri arasında sorğu keçirərək də yerlər müəyyənləşdirilə bilər.

Qeyd edim ki, aidiyyatı qurumlar bundan gəlir də götürə bilər. “20” qəpik olsa nə olar ki..Dama-dama göl olar. Bunu ona görə xatırlatdım ki, bəlkə pul adı çəkiləndə buna biznes gözü ilə baxanlar hərəkətə gələ…

P.s “Ayaq yolu” da yaza bilərdim, ancaq yazmadım…Bilirsiniz niyə? Çünki, bir dəfə sumqayıtlı məmurlardan birinə “Suqmayıtda “ayaq yolu” problemi nə vaxt aradan qaldırılacaq, nə vaxt şəhərimizdə “ayaq yollları” olacaq?” soruşdum…Məmur dedi ki, yaxn vaxtlarda bütün yollar, səkilər düzələcək. Piyadalar da rahat gəzə biləcək…Ancaq anlamadı ki, səkilər düzəlsə də piyadalar rahat gəzə bilməyəcək… Çünki mən “Ayaq yolu” deyəndə səkini yox, tualeti nəzərdə tuturdum…

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
  • Osman
    Dekabr 18, 2012 - 22:22

    Ela yazi! Tesekkurler! Sonunda yumoristik yazsaniz da eslinde cox ciddi ve dusundurucu yazidir. YAxsi oalr ki seher rehberliyi bu problemi aradan qaldirsin. Umumiyyetle seherde catismazliqlar coxdur. Bunu da sizin kimi jurnalistler, gencler ictimailesdirmelidir

  • Samire
    Dekabr 18, 2012 - 23:20

    Eyvaz muellim cox aktual bir probleme toxunmusunuz. Bir yerde yox seherin muxtelif yerlerinde buna ehtiyac var. Neinki turistler ucun ele seher sakinleri de bu problemden eziyyet cekir.

  • Ilhame
    Dekabr 19, 2012 - 10:25

    Eyvaz muellim bele getse biz de hindistana doneceyik:)
    Son zamanlar aktual meselelere qisa ve lokonik serh verirsiniz. Qeleminiz iti olsun!

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər