Yay mövsümi ilə əlaqədar olaraq, Bağlar yaşayış massivində əhali sektoru ilə, eləcə də şəhər ərazisində açılan mövsümi ticarət və xidmət obyektləri ilə yeni müqavilələr imzalanır.
Sumqayıt şəhər İcra hakimiyyətinin verdiyi məlumata görə şəhərdə bərk məişət tullantılarının daşınması işinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Xidmət dairəsinin genişləndirilməsi məqsədilə hazırda Bağlar yaşayış massivində sakinlərlə, eləcə də şəhər ərazisində mövsümi ticarətlə məşğul olan fiziki və hüquqi şəxslərlə yeni müqavilələr imzalanır. Hazırda 5 minə yaxın baş təsərrüfatının yalnız yarısı ilə müvafiq xidmətə dair razılaşma əldə edilib. Fiziki və hüquqi şəxslərlə isə imzalanmış müavilələrin sayı 3300 ədəddir.
Eyni zamanda, departament öz maddi-texniki bazasını da gücləndirməkdədir. Tullantı yeşikləri və iri konteynerlə yanaşı, yeni maşın və mexanizmlərin alınması nəzərdə tutulub.