Sumqayıtda “Türkdilli xalqların Novruz adət-ənənələri” adlı beynəlxalq konfrans keçirilib

819
18 mart 2022-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Sumqayıt Regional Mədəniyyət İdarəsi və Regionala tabe olan uşaq incəsənət məktəbləri, Sumqayıt şəhər İcra Hakimiyyəti, Dövlət Rəsm Qalereyası və Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin birgə təşkilatçılığı ilə Sumqayıt şəhəri Əli Kərim adına Poeziya evində “Türkdilli xalqların Novruz adət-ənənələri” adlı beynəlxalq konfrans keçirilib
Mərkəzin 2022-ci ilin I yarımili üçün nəzərdə tutulmuş İş planının əsasında keçirilmiş konfransın məqsədi türkdilli xalqlarda Novruz adət-ənənələrinin spesifik özəlliklərini aşkara çıxarmaqla yanaşı, milli adət-ənənələrimizin qorunub saxlanılması, tanıdılması və hazırkı vəziyyətinin qloballaşma və texnoloji sivilizasiya şəraitində inkişaf perspektivlərinin müzakirəsidir.
Tədbirdə Mərkəzin əməkdaşları ilə yanaşı respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət məktəblərinin direktor və müəllim heyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi, Sumqayıt Dövlət Rəsm Qalereyası, Sumqayıt şəhər İcra hakimiyyətindən nümayəndələr, Sumqayıt Musiqi Kollecinin müəllim və tələbə heyəti, yerli və xarici ölkələrdən qatılan məruzəçi və dinləyicilər iştirak ediblər.
Konfransı salamlama nitqi ilə Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Səadət Xələfbəyli, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev, Sumqayıt şəhər İcra hakimiyyətinin Humanitar şöbəsinin müdiri Fərman Kərimov və Sumqayıt Musiqi Kollecinin direktoru Səbinə Mehdiyeva açmışlar.
Tədbirdə Azərbaycan Milli Konservatoriyasının “Etnomusiqişünaslıq” kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Jalə Qulamova, Sumqayıt Dövlət Universitetinin dosenti Əmirxan İsayev, Bakı Xoreoqrafiya Akademiyasının doktorantı Sevinc Əliyeva, AMEA-Naxçıvan bölməsinin Etnoqrafiya şöbəsinin müdiri Asəf Orucov, Sultan Qaboos Universitetinin Musiqi və Musiqi elmləri Departamentinin Fortepiano şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüsalə Yusif Əmirbəyova (Oman Sultanlığı, Maskat), MD in Educational Sciences, www.tum-haberler.com saytının baş redaktoru Ali Rıza Özkan (Türkiyə, İstanbul), Pakistan Beynəlxalq İslam Universitetinin köməkçi professoru Dr.Fareed Brohi (Pakistan, İslamabad), Necmettin Erbakan Universitetinin Ahmet Keleşoğlu Təhsil fakultəsinin İncəsənət təhsili şöbəsinin Musiqi bölməsinin müəllimi Yunus Çağlak (Türkiyə, Konya), Qırğızıstan İslam Universiteti, Sosial elmlər fakultəsi, dekan vəkili, fəlsəfə və Din Bilimleri eğitimi doktoru Ermamat Ergeshov (Qırğızıstan, Bişkek), Dicle Universitetinin Ədəbiyyat fakultəsinin Müasir Türk ləhçələri və Ədəbiyyat bölməsinin müəllimi Abdülmukaddes Kutlu (Türkiyə, Diyarbakır), Ulan-Bator Elite beynəlxalq məktəbinin müəllimi Aysel Tilyeukhan (Monqolustan, Ulan-Bator), L.N.Qumilyov adına Eurazya Milli Universiteti, “Otırar kütüphanesi” Elmi-Araşdırma Mərkəzinin baş tədqiqatçısı Erkegül Aryakkarkızı (Qazaxıstan, Nur-Sultan), Gürcüstan Azərbaycan Qadınlar Birliyinin mədəniyyət şöbəsinin rəhbəri, Mirzə Fətəli Axundov adına ev və mədəniyyət muzeyi və Tiflis Yunus Əmrə Mədəniyyət Mərkəzində saz ixtisası üzrə müəllim Nargilə Mehdiyeva (Gürcüstan,Tiflis) çıxış ediblər.
Alimlər öz çıxışlarında qədim zamanlardan başlayaraq Azərbaycanda, Türkiyədə, İranda, Əfqanıstanda, Tacikistanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda, Krım tararlarında və bir çox Şərq ölkələrində baharın, yəni yeni ilin gəlişini müxtəlif mərasimlərlə qarşıladığından bəhs ediblər. Xüsusən vurğulandı ki, Novruz bayramı 2009-cu il tarixində YUNESKO tərəfindən Qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 2010-cu ildə isə BMT Baş Asambleyasının 64-cü sessiyasının iclasında 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur.
Konfrans zamanı musiqi nömrələri səsləndirilmiş, uşaq incəsənət məktəbləri və rəsm qalereyası tərəfindən hazırlanmış Novruz adət-ənənələri ilə bağlı rəsm əsərləri ilə yanaşı sənətkarların əl işlərindən ibarət sərgi də nümayiş olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər