Martın 10-da Sumqayıt şəhərində quldurluq hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, mağazaların birinə gəlmiş şəhər sakinləri Rasim Həziyev, Nofəl Abdullayev və Zaur Hüseynov oranın sahibi Elnur Məhərrəmova ülgüclə xəsarət yetirib. Onlar mağazadan 30 manat pul və ərzaq məhsulları aparıblar.
Sumqayıt ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Həziyev, N.Abdullayev və Z. Hüseynov tutulub.