Sumqayıt şəhər Muğam Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı , hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ulu Öndərin, eləcə də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Vurğulanıv ki, dünya siyasətinin görkəmli simalarından biri olan Heydər Əliyevin xalq və dövlət qarşısındakı misilsiz xidmətləri Azərbaycan tarixinin ən parlaq səhifələrini təşkil edir. Qeyd olunub ki, Ulu Öndər ən çətin tarixi dönəmlərdə Azərbaycan dövlətçiliyini qoruyaraq ölkəmizi ağır sınaqlardan çıxarıb, müstəqil Azərbaycanın inkişaf strategiyasının əsasını formalaşdırıb.
Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev bütün həyatı boyu Azərbaycanı sonsuz məhəbbətlə sevib, xalqın rifahı və dövlətin qüdrətlənməsi naminə yorulmadan çalışıb.
Tədbirdə bildirilib ki, Ulu Öndərin siyasi kursu bu gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara imza atdığı, xüsusilə 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbənin Heydər Əliyev siyasi məktəbinin parlaq nəticəsi olduğu diqqətə çatdırılıb.
Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. Filmdə Heydər Əliyevin Azərbaycanın inkişafı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlər əks olunub.
Çıxışlarda Sumqayıt şəhərinə göstərilən xüsusi diqqət və qayğıdan da bəhs edilib. Qeyd olunub ki, ötən əsrin 70-80-ci illərində məhz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Sumqayıt böyük inkişaf və tərəqqi dövrünü yaşayıb.
Sumqayıtda həyata keçirilən genişmiqyaslı quruculuq, abadlıq və sosial layihələr məhz Ulu Öndərin müəyyən etdiyi inkişaf strategiyasının uğurlu davamıdır.
Bu gün şəhər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində müasir, abad, yaşıllıqlarla zəngin və sürətlə inkişaf edən şəhərə çevrilib.
Rəsmi hissədən sonra Ulu Öndərin 103 illiyinə həsr olunmuş geniş konsert proqramı təqdim olunub. Muğam ustalarının və incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.





















Müzakirə qapadılmışdır.