Sumqayıtda “Ulu Öndər Heydər Əliyevin Dövlətçilik ənənələri” mövzusunda dəyirmi masa keçirilib – FOTOLAR

976
“Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxsin, (STM) Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının təşkilatçılığı ilə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin Dövlətçilik ənənələri” mövzusunda dəyirmi masa keçirilib.
Konfransda “Sumqayıt Tibb Mərkəzi” Publik hüquqi şəxsin direktoru Səkinə Sadıxova, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, tibb müəssisələrinin baş həkimləri, partiya fəalları və gənclər iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər.
Sonra ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən geniş bəhs edib: Bildirib ki, Ulu öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir. Qeyd olunub ki, Heydər Əliyevin öz xalqına, vətəninə sonsuz sədaqəti, düşünülmüş və gərgin fəaliyyəti Azərbaycanın ictimai-siyasi həyatında yeni bir tarix yaradıb.
Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi şəxsin direktoru Səkinə Sadıxova Ümummilli liderin səhiyyəyə göstərdiyi diqqət və qayğıdan danışıb. Qeyd olunub ki, dahi öndərin hakimiyyətə gəldiyi dövrdən səhiyyədə ciddi inkişaf dövrü başlanıb. Ümummilli lider səhiyyə quruculuğu ilə əlaqədar qarşıya qoyduğu tədbirlərə kompleks yanaşıb. Köhnə səhiyyə ocaqlarının yenidən qurulması, yenilərinin tikilməsi və ən müasir aparatlarla təchiz edilməsi, eləcə də, əhalinin kütləvi surətdə dispanser qeydiyyatdan keçirilməsi və digər istiqamətdə tədbirlər həyata keçirilib.
Direktor öz həyat və fəaliyyəti ilə ölməzlik zirvəsinə yüksələn ulu öndər Heydər Əliyevin keçdiyi ömür yolunun zəngin həyat məktəbi olduğunu deyib.
S.Sadıxova bu gün ölkədə vətəndaşların sağlamlıqlarının qorunması istiqamətindən kompleks tədbirlər həyata keçirildiyini, o cümlədən bu sahədə bir sıra irəliləyişlərin və uğurların olduğunu diqqətə çatdırıb. O, səhiyyədə aparılan islahatlardan danışaraq bildirib ki, bu islahatlardan ən önəmlisi icbari tibbi sığorta sisteminin tətbiqidir. Mərkəz direktoru rəhbərlik etdiyi Sumqayıt Tibb Mərkəzinin əldə etdiyi nailiyyətlərdən danışıb.
Direktor 30 ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımızın ulu öndərin layiqli davamçısı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşduğunu bidlirib.
Vurğulayıb ki, xalqımız hər zaman olduğu kimi, bu gün də öz liderinə arxalanır, onun ətrafında dəmir yumruq kimi birləşib.
Sumqayıt şəhər Gənclər və İdman idarəsinin rəisi Elgün Hümbətov çıxış edərək bildirib ki, Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu əbədidir. E. Hümbətov qeyd edib ki, Ümummilli liderin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. İdarə rəisi vurğulayıb ki, Heydər Əliyev öz tükənməz enerjisini son damlasına kimi xalqın, millətin yolunda istifadə etməklə, iyirminci əsrdə ikinci dəfə qazanılan müstəqilliyi qoruyub-saxlamaqla xalqın Ümummilli liderinə çevrilib.
O, idman sahəsində əldə edilən nailiyyətlərdən geniş söz açıb və bu uğurların bu gün də Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdiyini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
3 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Maisə İsmayılova “Heydər Əliyev – Dahi şəxsiyyət, uzaqgörən lider” mövzusunda məruzə ilə çıxış edib. M. İsmayılova məruzəsində ulu öndərin hakimiyyəti dövründə Azərbaycanda müxtəlif sahələrdə aparılan islahatlardan və qazanılan uğurlardan bəhs edib.
Baş həkim Ümummilli lider Heydər Əliyevin zəkası, dühası və istedadı ilə dünyada tanınan, bütün ömrünü doğma xalqının xoşbəxt gələcəyi uğrunda mübarizəyə həsr etmiş tarixi şəxsiyyət olduğunu vurğulayıb.
Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi, Tərəqqi medalçısı Qərib Əliyev isə çıxışında ulu öndərlə bağlı olan xatirələrindən, idman sahəsində əldə edilən nailiyyətlərdən geniş bəhs edib.
“Əməkdar həkim” Sehri Babayev “Heydər Əliyev və Azərbaycanın iqtisadi inkişaf strategiyası” mövzusunda məruzə ilə çıxış edərək Ulu öndərin ölkəyə rəhbərliyi dövründə aparılan uğurlu iqtisadi islahatlardan, Azərbaycanın dünyada söz sahibinə çevrilməsindən və dünya iqtisadiyyatında önəmli rolundan geniş söz açıb.
Tibb Kollecinin tələbəsi Leyla Eminova isə dahi şəxsiyyətin gənclər siyasətindən danışıb.
“Heydər Əliyev müasir Azərbaycan səhiyyəsinin qurucusudur” mövzusunda məruzə ilə isə Sumqayıt Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyası Şöbəsinin müdiri Famil Qaflanov çıxış edib. F. Qaflanov məruzəsində Ulu öndərin rəhbərliyi dövründə Azərbaycan səhiyyəsində aparılan islahatlar barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Tədbir məruzə ətrafında çıxışlarla yekunlaşıb

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər