Sumqayıtda ümumi məhsul buraxılışının həcmi 20,6 faiz artıb

1324

Sumqayıtda 2021-ci ildə məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,6 faiz və ya 467632,1 min manat artaraq 2737690,8 min manat olub.

sumqayitxeber.com Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, 2021-ci ilin hesabat dövründə iri və kiçik sənaye təsərrüfat subyektləri tərəfindən istehsal olunmuş mal və xidmətlərin həcmi ötən illin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlə 20,6 faiz artaraq 3478030,8 min manat təşkil etmişdir. Emal sənayesində 3077971,1 min manat məhsul istehsal edilmişdir. İstehsalın həcmi ötən ilin hesabat dövrünə nisbətən sabit qiymətlə 17,3 faiz artmışdır.

Sənaye məhsulunun 0,1 faizi mədənçıxarma, 88,5 faizi emal, 10,5 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər