Sumqayıtda Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

2335

Sumqayıt Heydər Əliyev Mərkəzində Ümummilli liderin 95 illik yubileyinə həsr olunan “dəyirmi masa” keçirilib

Aprelin 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunan “dəyirmi masa” keçirilib.

İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman  Kazımov Sumqayıt Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açaraq, Ulu Öndərin mənalı ömür yolu  və çoxşaxəli siyasi fəaliyyəti haqqında məlumat verib, Heydər Əliyevin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən danışıb.

“Dəyirmi masa”da Bilik Fondunun mətbuat katibi Ceyhun Musayev “Heydər Əliyev və Azərbaycan mətbuatı” mövzusunda mühazirə ilə çıxış edərək bildirib ki, Xalq Cümhuriyyəti dövründə əsası qoyulan müstəqil mətbuat Ulu öndərin 1969-cu ildən başlayaraq ölkəyə rəhbərlik etdiyi dövrdə daha da təşəkkül tapıb.

1978-ci ildə qəbul olunan Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasında dövlət dilinin Azərbaycan dili kimi təsbit olunması ilə istər ədəbi, istərsə də mətbu sahədə böyük uğurlar əldə olunub.

İkinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanın prezidenti seçilən Heydər Əliyevin səyi nəticəsində mətbuat orqanlarının azad fəaliyyətinə şərait yaradılıb, qanunvericilik bazası təkmilləşdirilib, ölkədə fikir plüralizmi genişlənib. Prezidentin 1998-ci ildə imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanla mətbuat üzərində senzura ləğv edilib.

Natiq qeyd edib ki, müəqəddəs ənənə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mütəmadi olaraq, KİV-in inkişafına təkan verən, onun müstəqil fəaliyyəti üçün imkanlar yaradan, jurnalistlərin sosial rifahının yaxşılaşmasına xidmət edən  tədbirlər həyata keçirilir.

Tədbirdə əməkdar jurnalist, yazıçı, publisist Eyruz Məmmədov və “Xalq qəzeti”nin bölgə müxbiri, şair-publisist Əli Nəcəfxanlı Ümummilli lider Heydər Əliyevin mətbuata göstərdiyi diqqət və qayğıdan danışıb, xatirələrini bölüşüblər.  

Tədbirdə iştirak edən ictimaiyyət nümayəndələri mövzu ilə bağlı fikirlərini bildirib, Ümummilli liderin memarı olduğu müstəqil Azərbaycanın uğurlarını faktlarla diqqətə çatdırıblar.

 

 

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər