Sumqayıtda Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb

145

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü Sumqayıt şəhərində qeyd olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri Ulu Öndərin adını daşıyan parkda yerləşən abidəsini ziyarət edərək önünə tər güllər düzüblər.

Abidə önündə dahi dövlət xadiminin xatirəsi böyük hörmət və minnətdarlıq hissi ilə anılıb. Daha sonra tədbir iştirakçıları Sumqayıt şəhərində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar, film izləyiblər.

Çıxışlarda vurğulanıb ki, Azərbaycan tarixində silinməz iz qoymuş Heydər Əliyevin siyasi kursu bu gün də uğurla davam etdirilir və ölkənin hərtərəfli inkişafının əsasını təşkil edir.

Bildirilib ki, Sumqayıtın sənaye potensialının gücləndirilməsi, şəhərin sosial-iqtisadi həyatının canlandırılması və müasir infrastruktura qovuşmasında Ulu Öndərin xüsusi xidmətləri olub. Məhz onun diqqət və qayğısı nəticəsində Sumqayıt ölkənin aparıcı sənaye və mədəniyyət mərkəzlərindən birinə çevrilib.

Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində Sumqayıt son illərdə öz inkişafının ən yüksək mərhələsinə qədəm qoyub. Şəhərdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, yeni sənaye müəssisələrinin yaradılması, sosial layihələrin icrası və müasir infrastrukturun formalaşdırılması Sumqayıtın simasını tamamilə dəyişib.

  

   

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər