Sumqayıtda “Ürəklərdə əbədi yurd salan insan” adlı ədəbi-musiqili gecə keçirilib

1232
Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Gənclər kitabxanası, Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzinin Şəhər Mədəniyyət Evi, Sumqayıt Veteranlar Təşkilatı və Heydər Əliyev Mərkəzi birgə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi, 15 iyun-Milli Qurtuluş Günü ilə bağlı “Ürəklərdə əbədi yurd salan insan” adlı ədəbi-musiqili gecə keçiriblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu öndərin və Vətənimizin azadlığı uğrunda canını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı Gənclər kitabxanasının müdiri vəzifəsini m.i. e Leyla Mahmudova Azərbaycanın dövlətçilik ənənələrinin bərpasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışaraq qeyd edib ki, XX əsr tarixində, dünya siyasətində etiraf edilən fenomen şəxsiyyət Heydər Əliyevin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir.O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən,müstəqil dövlətin siyasi,iqtisadi, hüquqi,elmi əsaslarını yaradan, onların ardıcıl inkişafını təmin edən siyasi kursun və milli inkişaf strategiyasının müəllifidir. Sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “2023-cü il Heydər Əliyev ili” adlı kitab və jurnallardan ibarət sərgi haqqında məlumat verib.
Tədbir Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video çarxın nümayişi ilə davam edib.
Tədbirdə iştirak edən Sumqayıt şəhər İcra başçısının birinci müavini Teymur Səmədov Sumqayıt Veteranlar Təşkilatının sədri Sovet Şükürov, Sumqayıt şəhər Ağsaqqallar Şurasının sədri Təbrik Quliyev Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən inkişaf və quruculuq işlərindən, Sumqayıt şəhərinə səfərlərindən və ulu öndərin siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin praqmatik və müdirk siyasəti ilə ölkəmizi irəli aparmasından, ordumuzun qazandığı şanlı qələbənin sevincindən geniş şəkildə danışıblar. Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədr müavini, fəlsəfə doktoru Cavid Məmiyev Heydər Əliyev haqqında məruzə ilə çıxış edib.
Tədbirin musiqili hissəsində gənc müğənnilər Zaur Yusifli “Yaşa, Azərbaycan”, Xəyal Cəbrayıllı “Sumqayıt”, Əli Əzizoğlu “Haqq zəfəri”, “Veteranlar” xalq xoru “Xalq Heydər deyəcək”, mahnıların ifa ediblər.
Tədbirdə iştirak edən Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Lilpar Cəmşidqızı “Vətəndir“ qəzəlini, “Ulu öndər” şeirlərini səsləndirib.
Gənclər kitabxanasının müdir vəsifəsini m.i.e. Leyla Mahmudova çıxışının sonunda cənab Prezident İlham Əliyevin və şanlı Azərbaycan ordusunun 44 günlük Vətən müharibəsində 30 illik həsrətimizə son qoyaraq qazandığı qələbədən bəhs edərək qazilərimizə ithaf etdiyi Mehmet Akif Ersoyun “Bayrağım” şeirini səsləndirib.
Tədbir “Veteranlar” xalq xorunun ifası ilə yekunlaşıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər