SUMQAYITDA UŞAQ XƏSTƏXANASININ ƏSAS KORPUSU ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLİB

852

Səhiyyə sahəsində həyata keçirilən hər bir layihə ölkə əhalisinin sağlamlığını təmin etmək məqsədini daşıyır. Sumqayıt şəhər uşaq xəstəxanasının əsas korpusunun əsaslı təmirdən sonra istifadəyə verilməsi də bu istiqamətdə atılan addımlardandır.
1954-cü ildə tikilən Sumqayıt şəhər uşaq xəstəxanasının 320 çarpayılıq 3 mərtəbəli Somatik korpusunda 2007-ci ildən aparılan əsaslı təmin başa çatıb. Xəstəxananın somatik reanimasiya, yeni doğulmuşların patalogiyası, pediatiriya və cərrahiyə şöbələrinin hər biri müasir tibb avadanlığı, dərman preparatları ilə təmin olunur. Açılış mərasimində çıxış edən Sumqayıt şəhər icra hakimiyyəti başçısı Vaqif Əliyev səhiyyəyə göstərilən dövlət qayğısından danışaraq növbəti mərhələdə xəstəxananın infeksion xəstəliklər korpusunun da əsaslı təmir edilib, müasir tibbi avadanlıqlla təchiz olunacağını vurğuladı. Daha sonra şəhər rəhbərliyi və ictimaiyyət nümayəndələri əsaslı təmirdən sonra istifadəyə verilən uşaq xəstəxanasının laboratoriya, fizoterapiya, rentgen, ulturasəs müainəsi, elektrokardeoqrafiya və digər müayinə otaqlarına, həmçinin palatalara baxdılar. Onlar xəstəxananın nəzdində fəaliyyət göstərən və şəhər sakinlərinə xidmət edən Şəkərli Diabet Məktəbində də oldular. 2002-ci ildən fəaliyyətə başlayan bu məktəbdə şəkərli diabetdən əziyyət çəkənlərə məsləhətlər verilir və təlimlər keçilir. Xəstələrə qanda şəkəri ölçmək üçün cihaz-qliyukometr və dərman pereparatları paylanır. Bildirildi ki, xəstəxanada istilik sistemi, elektirik avadanlıqları yenilənib. Burada 70 nəfərlik konfrans zalı, geniş mətbəxt və ərzaq anbarı olan Qida bloku, Aptek və mərkəzi sterlizasiya fəaliyyət göstərir. Xəstəxananın inzibati şöbəsi ən müasir inventar və kompüterlərlə təmin olunub. İstifadəyə verilən bu səhiyyə obyekti vətəndaşların və tibb işçilərinin rahatlığına, onların öz potensiallarından daha səmərəli istifadə etmələrinə imkan verəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər