Sumqayıtda uşaqlar Novruz şənliyini belə qeyd etdi – FOTOLAR

1928

Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir.

Rəngbərəng yumurta boyanır, məcməyi və sinilərdə xonça bəzənir, şam yandırılır, tonqal qalanır, səməni qoyulur, Oğlan və qızlar təzə paltar geyib çalıb oynayır, yallı gedirlər. Novruz bayramında “haxışta”, “bənövşə”, “kos-kosa” oynayırlar.

Sumqaıt səhərində 47 saylı körpələr evi uşaq bağçasında “Novruz” adlı tədbir kecirilib. Tədbiri giriş sözü ilə bağçanın müdüri Metanət Əzizova acaraq uşaqları təbrik edib: “Qoy bu təravətli “Novruz” bayramı süfrənizi ruzu, qəlbinizi isə xoş hisslərlə doldursun. Sağlamlıgınız möhkəm, arzulariniz sonsuz, ümidləriniz gercək olsun! Qədəmləri uğurlu, könül oxsayacaq sevincli günləriniz bol olsun. Bayramınız mübarək əziz uşaqlar.”

Bayram tədbiri uşaqlarin mahnılari, səhnəcikləri, rəqsləri ilə davam etdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər