Sumqayıtda uşaqlar üçün novruz şənliyi təşkil olunub

598

“Bütöv Ailə və Dayanıqlı Büdcə” (OPAC) Layihəsinin Uşaq və Ailələri üçün Novruz Şənliyi

Martın 24-də və 26-də Sumqayıt və Bakı şəhərlərində Amerika Birləşmiş Ştatlarının Çikaqo Universitetinin təklif etdiyi tədqiqat layihəsi “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının dəstəyi ilə “Bütöv Ailə və Dayanıqlı Büdcə” (OPAC) layihəsini təşkilatçılığı ilə layihəyə cəlb olunan uşaqlar və onların ailələri üçün Novruz şənliyi təşkil olunmuşdir.

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyasının dəstəyi ilə Bakı və Sumqayıt şəhərində təşkil olunmuş şənlikdə ümumi 70 nəfər internat tipli müəssisələrdə, uşaq evlərində yaşayan və ya öz bioloji ailələrinə/qəyyumlarına reinteqrasiya olunmuş uşaq və onların valideynləri/qəyyumları iştirak etmişdir.

Şənlik zamanı uşaqlar üçün maraqlı şou-proqramlar nümayiş etdirilmiş, əyləncəli oyunlar keçirilmişdir. Hər bir uşağa “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası tərəfindən hədiyyə verilmişdir.

OPAC layihəsi Yunis Kennedi Şrayver Milli Uşaq Sağlamlıq və İnsan inkişafı institutu (NİCHD) və Foqarti Beynəlxalq Mərkəzi (FİC) tərəfindən maliyyələşdirilir və 2020-2025-ci illəri əhatə edir. Layihənin məqsədi uşaq evlərində yaşayan və öz bioloji ailələrinə/qəyyumlarılna qovuşmuş 6-12 yaşlarında uşaqların ailə bağlarının möhkəmləndirilməsi, maddi azadlıqlarının əldə olunması və çətin uşaqlıq dönəmi keçirmiş uşaqların psixi sağlamlıq problemlərinin qarşısının alınması üçün sübutla əsaslanan üç müdaxilə yanaşmasını təkmilləşdirməklə sınaqdan keçirməkdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər