Sumqayıtda uzun illərdir mövcud olan problem öz həllini tapdı - AÇIQLAMA (FOTOLAR)

2744
Dünyanın ən məsum varlıqları olan uşaqların müayinə və müalicəsi ilə məşğul olan bir çox uşaq xəstəxanası var. Bunlardan biri də elə Sumqayıt şəhər Uşaq Xəstəxanasıdır. Son illərdə daha çox inkişaf edən xəstəxanaya yeni avadanlıqlar gətirilib.
Sumqayıt şəhər Uşaq Xəstəxanasının baş həkimi Müşfiq Məmmədli bildirib ki, 2016-cı ilin sentyabrından başlayaraq xəstəxanaya şəhər rəhbərliyinin diqqəti, qayğısı, tələbi və səhiyyə şöbəsinin köməkliyi ilə geniş yenidənqurma işləri, səhiyyə xidmətinin yaxşılaşdırılması istiqamətində addımlar atılmağa başlayıb.
Uşaq Xəstəxanasında böyük problem olan mərkəzləşmiş oksigen sisteminin qurulmasına başlanıldı

M. Məmmədli bildirdi ki, 2016-2017-ci illər ərzində infeksion korpus yenidən qurulub.  Tibbi xidmətin keyfiyyəti yaxşılaşdırılıb və bu da xəstəxanada əhaliyə göstərilən xidmətə öz müsbət təsirini göstərib:  “Ancaq biz bu görülən işlərlə kifayətlənmədik və bizə şəhərdə gedən abadlıq işlərinin bir hissəsi kimi bu sahəyə rəhbərlik edən şəxslərin və birbaşa İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun köməkliyi ilə Uşaq Xəstəxanasında yenidənqurma işləri ardıcıllıqla aparılmağa başladı.

Uzun illərdən bəri xəstəxanada problemə çevrilmiş mərkəzləşmiş oksigen sistemi problemi artıq öz həllini tapıb. Belə ki,  bu ildən mərkəzləşmiş oksigen sisteminin qurulmasına start verildi.  Belə ki, bu bölmə 3 hissədən təşkil olunub. İnfeksion xəstələr üçün nəzərdə tutulmuş reanimasiyanın təchizatı, somatik xəstəliklər və pediatriya şöbəsi üçün nəzərdə tutulmuş 1 bölmə və cərrahiyyə xəstəliklər üçün 3 bölmədən ibarət olan mərkəzləşmiş oksigen sistemi quruldu. Bu təchizat sisteminin üstünlüyü ondan ibarətdir ki, bir anda bütün xəstəxana oksigen, hava və vakum sistemi ilə təmin olunur. Çox qısa müddət ərzində bu işlərə başlanıldı və demək olar ki, işlərin 70 %-i görülüb.  Hal-hazırda isə kosmetik dizayn işləri qalıb.

Mərkəzləşmiş kompressorlar, oksigenin yayılması üçün xətlər test şəklində sızıntıya, təhlükəsizliyə qarşı yoxlanılıb.  Və cərrahiyyə bloku və pediatriya bölməsi tamamilə oksigenlə təmin olunub.” xeberle.com

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər