Vəzifə: İstehsalat Müdiri – Polietilen kisələrin istehsalı Müəssisəsi
Sumqayıt şəhərində fəaliyyətə başlayacaq polietilen kisələrin istehsalı müəssisəsinə rəhbər tələb olunur.
Vəzifəyə başlama tarixi 18 iyun 2018-ci il.
Namizədə olan tələblər:
Maliyyə, iqtisadiyyat, biznesin idarə edilməsi və ya kimya mühəndisliyi (yalnız idarəetmə bacarığı və təcrübəsi olduğu təqdirdə) üzrə ali təhsil
İstehsalat sahəsində minimum 3(üç) il rəhbər vəzifəsində iş təcrübəsi
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini işgüzar səviyyədə bilmək
Ofis proqramlarında (MS Excel, MS PowerPoint, MS Word, MS Outlook) sərbəst işləmək, hesabatları tərtib və təqdim etmək və professional kommunikasiya bacarığı
Maliyyə, istehsal planları ilə işləmək bacarığı
Komanda ilə işləmək, pozitiv ünsiyyət, istehsalat daxili yüksək əhval-ruhiyyənin təmin edilməsi bacarığı
Namizədin vəzifə öhdəlikləri:
İstehsalatın ümumi idarəetməsini həyata keçirmək
İstehsal prosesini daim nəzarətdə saxlamaq, istehsal planlarını və əmək cədvəllərini tərtib etmək, avadanlığın davamlı işləməsi üçün texniki qulluq prosesinə rəhbərlik etmək Xammal tədarükçüləri ilə uzunmüddətli münasibətlər qurmaq və şirkətin xammal tədarükünün optimal strategiyasını müəyyən eləmək Mövcud və potensial müştərilər ilə münasibətləri daim yüksək səviyyədə saxlamaq İşgüzar görüşlərdə şirkəti təmsil etmək və şirkətin maraqlarını daim müdafiə etmək
Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq hesabat və məlumatların vaxtında təqdim edilməsinə nəzarət etmək
Hesabat dövrü üçün (aylıq, rüblük, yarımillik və illik) şirkətin maliyyə və istehsal göstəriciləri üzrə təsisçi məruzələrini hazırlamaq və təqdim etmək
Növbəti iş ili üçün büdcə hazırlanmasına birbaşa nəzarət və təsisçinin təsdiqi üçün təqdim etmək
Orta və uzunmüddətli strateji planın hazırlanması və fəaliyyəti təsisçi tərəfindən təsdiq olunmuş plana uyğun təşkil etmək
İstehsalat daxilində nizam-intizam qaydalarını formalaşdırmaq, əməl olunmasına birbaşa nəzarət etmək və daim yüksək səviyyədə saxlamaq
Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit qaydalarına riayət etmək
Maraqlanan şəxslər CV-lərini 4 iyun 2018-ci il tarixinədək sumgait.plastic@gmail.com elektron poçt ünvanına göndərə bilərlər.