Sumqayıtda vaxtı keçmiş cərimələri ödəməyən sürücülərə qarşı reyd keçirilib

805

Sumqayıt Dövlət Yol Polisi Şöbəsi elektron protokollar üzrə təyin olunan cərimələri vaxtında ödəməyən sürücülərin müəyyən edilməsi məqsədilə profilaktik tədbirlər görülür.

Şəhər Polis İdarəsindən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə yol polisi əməkdaşları tərəfindən reyd keçirilib. Reyd zamanı saxlanılan sürücülərin ödənilməyən cərimələrinin olub-olmaması xüsusi bort kompüterlər vasitəsilə yoxlanılıb.

Tərtib olunmuş inzibati protokol üzrə təyin edilən cəriməni 2 ay müddətində ödəməyən sürücülərin nəqliyyat vasitəsinin mühafizə olunan müvəqqəti duracağa yerləşdirilməsi barədə qərar qəbul edilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər