Sumqayıt şəhər 1 nömrəli doğum evinin təşkilatçılığı ilə 17 noyabr Ümümdünya Yarımçıq Doğulmuş Uşaqların günü münasibəti ilə tədbir keçirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova vurğuladı ki, Ana və uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial yönümlü siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Bu gün Sumqayıtın doğum evlərində də gələcəyimiz olan uşaqların sağlam dünyaya gəlməsi, lazımi tibbi xidmət almaları, rahat təhsil almaları üçün bütün şərait vardır.
Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin direktoru Sevinc Məmmədova gələcəyin genefonu olan körpələrə göstərilən diqqət və qayğıdan danışaraq bildirib ki, Azərbaycanda ötən 10 ilə yaxın dövr ərzində ölkə rəhbərliyi tərəfindən müəyyən edilən uzunmüddətli inkişaf strategiyasının mühüm istiqamətlərindən biri kimi səhiyyənin inkişafını, əhalinin dünya strandartlarına uyğun tibbi yardımla təmin olunmasını təmin etmək üçün genişmiqyaslı islahatlar həyata keçirilib.
1 nömrəli Doğum Evinin baş həkimi Təranə Rəcəbli qeyd etdi ki, 17 noyabr vaxtından əvvəl doğulmuşlar günüdür. Bu günün qeyd olunması 2009-cu ildən başlamışdır, bu günü qeyd etməkdə , ictimailəşdirməkdə məqsəd ictimaiyyətin, cəmiyyətin buna diqqətin cəlb etməkdən ibarətdir. 2015-ci ilin yanvar ayından Azərbaycan Respublikası digər inkişaf etmiş ölkələrdə olduğu kimi diri doğulma meyarlarını dəyişərək 28 həftədən 22 həftəyə keçirtmişdir, əlbəttə ki, bu çox təqdirəlayiq hallardan biridir. 2014-2020-ci illərdə qəbul olunmuş “Ana uşaq sağlamlığına dair Dövlət Proqlarm” larında buna görə 5 perinatal mərkəzin yaranması, xəstəxanaların maddi texniki bazasının yüksəlməsi, yüksək keyfiyyətli tənəffüs dəstəyi aparatları ilə təhciz olunması, tibb işçilərinin peşəkarlığının artırılması,kurasorf deyilən dərman maddəsi ilə təmin olunma, artıq yarımçıq doğulmuş,vaxtından əvvəl doğulmuş, perinatal patalogiyalı uşaqların yaranması üçün yaradılan şəraitlərdən biridir. Bu zəmindən Sumqayıt şəhərində yerləşən 1 saylı Doğum Evi də 2017-ci ilin dekabr ayından perinatal mərkəz kimi perinatal patalogiyalı uşaqları özünə qəbul etməklə bu uşaqlara tibbi yardım göstərir və bu yardımı göstərməklə biz bu 10 ay içərisində Sumqayıt şəhərində körpə ölümünün 27 promillidən 13 promilliyə düşməsinə nail olmuşuq. Əlbəttə ki, bu işdə tək səriştəli həkimlər, tibbi personal deyil burdakı maddi texniki bazanın yüksək olması, tənəffüs dəstəyi avadanlıqalrının olması böyük rol oynamışdır. Bundan başqa bütün şəhər ictimaiyyətinin bu yarımçıq doğulmuş,vaxtından əvvəl perinatal patalogiyalı xəstələrə diqqəti, poliklnikalarda bunların katamlostik izlənməsi və gələcəyə dəyərli sağlam bir vətəndaş kimi olması üçün çalışmaqdayıq və buna görə də biz hər ilin 17 noyabrında bu günün keçirilməsinin və bu günün diqqətdə saxlanması ictimaiyyətin,cəmiyyətin diqqətini bura yönəldirik. Bugünkü gün bizim xəstəxanamızda çox yüksək texnologiyalı Hamilton Dreyger tənəffüs dəstəyi aparatları, Sipap aparatları bundan başqa kuveyzlərin yerləşməsi və digər xəstəxanalardan bizim xəstəxanaya uşaqların köçürülməsi üçün,təxliyyə olunması üçün tarnsport küveyzlərin olması bizim işimizin səviyyəsini artırmaqdadır.
Vurğuladı ki, şəhərdəki tibb müəssisәlәrinin əksəriyyəti müasir texnika və avadanlıqla tәchiz olunub. Həyata keçirilən tədbirlər sayəsində Azərbaycanda uşaq ölümü kəskin şəkildə aşağı düşüb, həmçinin ana və uşaq ölümünün səviyyəsi bir neçə dəfə aşağı salınıb.
Qeyd olundu ki, 75 çarpayılıq 1 saylı Doğum Evi əsaslı təmir edilərək ən son texnoloji nailiyyətlərə əsaslanan avadanlıq və cihazlarla təchiz olunub. Doğum Evində ümumi havalandırma, mərkəzləşdirilmiş oksigen qazı sistemi yaradılıb ki, bunun köməyi ilə istənilən anda hər bir otağı intensiv terapiya palatasına çevirmək mümkündür.
Doğum evində cərrahiyyə, anesteziologiya və reanimasiya şöbələri da fəaliyyət göstərir. Cərrahiyyə otaqları yüksək keyfiyyətli avadanlıqla, elektron idarə olunan stollarla, narkoz aparatları ilə təchiz olunub. Reanimasiya şöbəsində xaricdə istehsal olunan yüksək səviyyəli süni tənəffüs aparatları və xəstəyə təcili yardım göstərmək üçün digər cihazlar da var. Tibb ocağında yeni doğulmuşların reanimasiya şöbəsi,intensiv terapiya palatası da yaradılıb. Az çəkili, kritik və yarımçıq doğulmuş uşaqlara səhiyyə ocağında qulluq göstərmək üçün bu ilin yanvar ayından hər bir şərait yaradılıb.Doğum evinin mama-ginekoloji şöbəsində doğuş zalı, cərrahiyyə otağı və neonatoloji bölmə yerləşir. Neonatoloji bölmə də ən son texnoloji cihazlarla təchiz edilib.
Sumqayıt şəhər 1 nömrəli Doğum Evində də vaxtından qabaq dünayaya gələn körpələrin həyatda qalması üçün hər cür şərait yaradılıb.Vaxtından əvvəl əkiz uşaqlar dünaya gətirən Aysel Dəmirova deyir ki, uşaqların yaşama şansalrı həkimlərin səyi və doğum evində yaradılan şərait nəticəsində baş verib.
2014-cü il oktyabrın 26-da Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkəmizdə “Diri doğulmanın beynəlxalq meyarları” haqqında Qərar qəbul edib və 2015-ci il yanvarın 1-dən mülkiyyət formalarından asılı olmayaraq respublikamızın bütün tibb müəssisələrində onu tətbiq edirlər. Sumqayıt şəhər 1 nömrəli Doğum Evi 2017-ci ilin dekabrından Perinatal Mərkəz kimi xidmət göstərir. Bunun nəticəsində vaxtından qabaq dünyaya gələn körpələrin həyatını xilas daha asan olub.
Tədbirdə Sumqayıt şəhərində əhalinin sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyətinə görə 1 nömrəli Doğum Evinin baş həkimi Təranə Rəcəbliyə Sumqayıt Şəhər İcra Hakimiyyətinin fəxri fərmanı təqdim edildi.