Sumqayıtda veloyürüş keçiriləcək

811

İyulun 10-da Sumqayıtda “İdman hamı üçün” layihəsi çərçivəsində veloyürüş keçiriləcək. Yarış Sumqayıt şəhər İdman və Gənclər Baş İdarəsinin təşkilatçılığı ilə reallaşacaq.

AZƏRTAC xəbər verir ki, yürüş “Sumqayıt Bulvarı”nın girişindən başlayacaq. Maraq göstərən hər kəs saat 09:00-dan 10:00-dək davam edəcək tədbirdə öz velosipedi ilə iştirak edə bilər.

Kütləvi idman tədbirinin təşkilində məqsəd əhali, xüsusən də yeniyetmə və gənclər arasında velosiped idmanına marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər