Bu barədəqəzetimizə məlumat verən 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi, baş vergi xidməti müşaviri İlqar Əhmədov bildirdi ki, vergi daxilolmaları Sumqayıt şəhəri üzrə 6,7%, Abşeron rayonu üzrə 12,2%, Siyəzən və Xızı rayonları üzrə isə ayrı-ayrılıqda 11,1% təşkil edib: “Ümumiyyətlə, 2 saylı Ərazi Vergilər İdarəsi ötən il nəzərdə tutulandan 10,9% daha çox vergi toplayıb
Sumqayıt şəhərini, həmçinin Abşeron, Siyəzən və Xızı rayonlarını əhatə edən 2 saylı Ərazi Vergilər İdarəsi 2010-cu ildə proqnozlaşdırılan 73 milyon 129,6 min manata qarşı dövlət büdcəsinə 81 milyon 118,9 min manat vəsait ödəyib. Bu barədə məlumatı qəzetimizə məlumat verən 2 saylı Ərazi Vergilər İdarəsinin rəisi, baş vergi xidməti müşaviri İlqar Əhmədov bildirdi ki, vergi daxilolmaları Sumqayıt şəhəri üzrə 6,7%, Abşeron rayonu üzrə 12,2%, Siyəzən və Xızı rayonları üzrə isə ayrı-ayrılıqda 11,1% təşkil edib: “Ümumiyyətlə, 2 saylı Ərazi Vergilər İdarəsi ötən il nəzərdə tutulandan 10,9% daha çox vergi toplayıb”. İ. Əhmədovun sözlərinə görə, 2 saylı Ərazi Vergilər İdarəsi Sumqayıt şəhərinin, Abşeron, Siyəzən və Xızı rayonlarının 27 mindən artıq vergi ödəyicisinə xidmət göstərir: “Vergi ödəyicilərinə bölgələrdə də daha rahat vergi xidmətləri göstərmək üçün bu yaxınlarda Siyəzən şəhərində yeni terminal istifadəyə verilib. Bu terminal rayonda fəaliyyət göstərən 138 hüquqi və 547 fiziki şəxsə xidmət göstərəcək”.