Sumqayıtda Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” vəsiqəsi təqdim olunub

1368

Sumqayıt şəhərində Vətən müharibəsi iştirakçılarına Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsi təqdim edilib.

Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirlə tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövət himni səsləndirilib.

Çıxış edən Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, 44 günlük vətən Müharibəsi tariximizə qızıl hərflərlə yazılıb. Bu tarixi Müzəffər Ali baş komandan İlham Əliyev və ordumuz yazdı. Zakir Fərəcov bildib ki, bu qələbə ilə Prezident İlham Əliyev Azərbaycanı qalib ölkəyə, Azərbaycan xalqını qalib xalqa çevirdi. Bu möhtəşəm Zəfər eyni zamanda milli birliyin təntənəsi oldu, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi.

Vurğulanıb ki, Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının yaxşılaşdırılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir. Şəhər icra hakimiyyətinin başçısının sərəncamı ilə şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədilə 2021-ci ilin oktyabr ayında Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.

Müdafiə Nazirliyinin əməkdaşı general-mayor Rasim Babayev qeyd edib ki, Respublika üzrə 84 min şəxsə Azərbaycan Respublikasının müharibə veteranı vəsiqəsi veriləcək və bu iş hissə-hissə davam etdiriləcək. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsinin rəisi Natiq Qarayev bildirib ki, İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır. Biz bundan sonra müzəffər xalq və qalib dövlət kimi əbədi yaşayacağıq.

Natiq Qarayev onu da bildirib ki,təşkil olunan tədbirdə 611 nəfərə veteranlıq vəsiqəsi təqdim olunacaq. Ümumilikdə şəhərdə 2000-ə yaxın müharibə iştirakçısına müharibə veteranı vəsiqəsi veriləcək. Çıxışlardan sonra Müharibə veteranı vəsiqələri iştirakçılara təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər