Vətən müharibəsi qəhrəmanları Camal İsmayılovun və Sübhan Cəbrayılovun anım tədbiri keçirilib.
Mərasimdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili, Şəhər İcra Hakimiyyətinin əməkdaşları, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.