Sumqayıt şəhərində Vətən müharibəsi şəhidlərinin il dönümləri keçirilir.
Şəhidlərimizin yas mərasimlərində Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmiləri, millət vəkilləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhidlərimizin keçdiyi döyüş yollarından danışılıb, göstərdikləri şücaət və qəhrəmanlıqlardan söz açılıb. Ruhlarına dualar oxunub.