Sumqayıtda Vətən müharibəsinin qaziləri ziyarət olunub – FOTOLAR

2567

Ölkəmizdə şəhid ailələri, müharibə qaziləri, veteranlar, hərbi qulluqçuların sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir.

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlər zamanı yaralanmış Vətən müharibəsinin qaziləri ölkənin hər yerində olduğu kimi Sumqayıt şəhərində də diqqət mərkəzində saxlanılır. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun tapşırığı ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailələri və müharibədə yaralanmış qazilərlə bağlı işçi qrup fəaliyyət göstərir.

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları növbəti dəfə Vətən müharibəsində yaralanmış qazilərimizin evlərində olub, onların qayğıları, səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, qazi ailələrinə ərzaq və maddi yardımlar çatdırılıb. Görüşdə qaldırılan məsələlər yerindəcə həll olunub.

Görüş zamanı yaralı hərbçilər qələbə münasibətilə təbrik olunub, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş əsgərlərin xatirəsinin daima yaddaşlarda qalacağı bildirilib. Vurğulanıb ki, məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal altında olan torpaqlarımız azadlığa qovuşub.

Qazilər və ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər